BURADA REKLAMINIZ OLA
BİLƏR

Publik hüquqi şəxslərə nəzarət artırıldı

Publik hüquqi şəxsin vəzifəli şəxsləri dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə istifadə edilməməsinə görə İnzibati Xətalar və Cinayət  Məcəlləsinə əsasən məsuliyyət daşıyacaqlar.

 

Pravda.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması”nda əksini tapıb.

 

Dövlət adından yaradılan publik hüquqi şəxsin tabe olduğu orqan (qurum), yaxud Maliyyə Nazirliyi ilə dövlət adından yaradılan publik hüquqi şəxs arasında bağlanmış müqaviləyə əsasında publik hüquqi şəxsin həyata keçirəcəyi tədbirlər üzrə xərclər bu məqsədlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitdən çox olmamalıdır. Bu xərclərin büdcədən artıq olan hissəsinə Maliyyə Nazirliyi təminat vermir və çatışmayan vəsait cəlb olunan digər mənbələrdən əldə edilə bilər. Vəsaitlərin ödənilməsi müvafiq büdcə ilini – yanvarın 1-dən dekabrın 31-dək olan müddəti əhatə edəcək.

Tarix: 18 Yanvar 2020, 09:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin