BURADA REKLAMINIZ OLA
BİLƏR

Vaksin vurulanlar maskasız gəzə biləcəklər

ABŞ-da vaksinasiyadan keçənlərin maska taxmadan küçəyə çıxa biləcəkləri açıqlanıb.

Pravda.az xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərin Kontrolu və Qarşısının Alınması Mərkəzi tövsiyə məqsədli yeni koronavirus tədbirlərində deyilir.

Bildirilib ki, iki doz vaksin vurulmuş şəxslər maskasız çölə çıxa bilər, idman tədbirlərinə qatıla bilər və çox insanın olmadığı yerlərdə yemək yeyə bilərlər. Bu şəxslərin qapalı məkanlarda da maska və sosial məsafəsiz görüşə biləcəkləri ifadə edilib.

Gözəllik salonları, ticarət mərkəzləri, kino və teatr salonlarında isə maska taxılmağa davam edilməsi tövsiyə olunub.

Açıqlamada vaksinasiyadan keçməmiş şəxslərin də açıq havada gəzə biləcəkləri, qaça biləcəkləri, peyvəndlənmiş ailə üzvləri və ya dostlarla açıq havada görüşə biləcəkləri qeyd edilib.

Tarix: 28 Aprel 2021, 00:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin