BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ gəmisi Fars körfəzində İran gəmilərinə atəş açdı

Fars körfəzində ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin patrul gəmisi İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid olduğu ehtimal edilən üç gəmiyə bir neçə xəbərdarlıq atəşi açıb.

 

Qeyd edilir ki, hadisə üç gəminin ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin gəmisinə yaxınlaşmasından sonra baş verib.

 

"ABŞ ekipajları radio və səsucaldanlar vasitəsilə bir neçə dəfə xəbərdarlıq edib, amma SEPAH gəmiləri yaxın məsafədə manevrlərə davam edib. Sonra “Firebolt”un ekipajı xəbərdarlıq atəşləri açıb", - xəbərdə deyilir.

 

Qeyd edilir ki, bundan sonra SEPAH-ın gəmiləri ABŞ-ın gəmilərindən təhlükəsiz məsafəyə çəkilib.

 

Tarix: 28 Aprel 2021, 08:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin