BURADA REKLAMINIZ OLA
BİLƏR

İntim fotolarını yayacağı ilə hədələyib görüşməyi tələb etdi

Bakıda bir qadından sosial şəbəkədə şəkillərini yayacağı adı ilə hədələyib görüşməyi tələb edən şəxs saxlanılıb.

 

DİN-dən verilən məlumata görə, Binə qəsəbəsində yaşayan bir qadın aprelin 25-də sosial şəbəkədə Faiq adlı şəxsin onu şəkillərini yayacağı adı ilə hədələyib görüşməyi tələb etməsini bildirib.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ç.Aslanov müəyyən edilərək saxlanılıb.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə  cinayət işi başlanıb.

Tarix: 28 Aprel 2021, 13:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin