BURADA REKLAMINIZ OLA
BİLƏR

Putin və Hindistanın Baş naziri arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putin və Hindistanın Baş naziri Narendra Modi arasında telefon danışığı olub.

Pravda.az-ın məlumatına görə, V. Putin N. Modiyə koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə dəstək ifadə edib və Hindistana təcili humanitar yardımın göndərilməsi ilə bağlı onu məlumatlandırıb.

N. Modi Rusiya Prezidentinə ölkəsinə yardıma görə təşəkkürünü bildirib.

Liderlər Hindistanda “Sputnik V” peyvəndinin qeydiyyatdan keçməsini alqışlayıblar və onun yüksək səmərəliliyini və təhlükəsizliyini qeyd ediblər.

Rusiya Birbaşa İnvestisiyalar Fondunun xətti əsasında Hindistan şirkətləri ilə 850 milyon doza “Sputnik V” peyvəndinin istehsalı barədə razılıqdan məmnunluq ifadə olunub.

Qeyd edək ki, bu gün Rusiya FHN-in təyyarəsi ilə 22 tondan çox müvafiq vasitələr, 20 ədəd oksigen aparatı, 75 süni nəfəs aparatı, 150 tibbi monitor və 200 min qutu dərman preparatları Hindistana göndəriləcək.

Tarix: 28 Aprel 2021, 18:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin