BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda arvadının üzünə kislota tökən batalyon komandiri imiş

2018-ci ilin dekabrında Bakıda arvadının üzünə kislota tökməkdə təqsirlləndirilən Fuad Axundovun yüksək rütbəli hərbçi olduğu məlum olub.

F.Axundovun Müdafiə Nazirliyinin Xızı rayonunda yerləşən hərbi hissəsində xidmət edib. Onun ailə üzvlərinin sözlərinə görə, Xüsusi Təyinatlılar bölüyünün komandiri olan Fuad Axundov polkovnik-leytenant rütbəsini daşıyıb. O, bir neçə il əvvəl təqaüdə çıxıb, “Aprel döyüşləri”ndən sonra onunla müqavilə müddəti artırılıb və Talış kəndi ətrafında cəbhəyə göndərilib. F. Axundov orada batalyon komandiri vəzifəsini icra edib. Ali Komandanlıq Məktəbinin məzunu olub. O, xidmətdə olduğu müddətdə bir neçə dəfə təltif olunub.

Hazırda F.Axunov həyat yoldaşı Xatirə Axundovanın üzünə kislota tökməklə ağır xəsarət yetirməkdə ittiham olunur. S.Axundov həyat yoldaşının başqa kişilərlə intim münasibətdə olaraq ona xəyanət etdiyi üçün cəzalandırdığını bildirib.Qafqazinfo

Tarix: 1 Noyabr 2019, 15:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin