BURADA REKLAMINIZ OLA
BİLƏR

Piar menecer "Nar Mobile"ı oğurluqda ittiham etdi

Piar menecer Vüqar Baba “Nar Mobile” mobil operatorunu oğurluqda ittiham edib.

 

Pravda.az-ın xəbərinə görə, V. Baba bu barədə sosial şəbəkədə məlumat yayıb.

 

Onun sözlərinə görə, "Nar Mobile" 7.96 AZN vəsaiti oğurlayaraq balansını sıfırlayıb: “Bir neçə saatdır heç yerə zəng edə bilmirəm. Sabit telefonla 2 dəfə #Nar'ı yığmışam, deyir texniki səhv ucbatından silinib. Müraciətiniz qeydə alınıb, baxılacaq. Mən isə işlərlə bağlı bir neçə nəfərə zəng etməliyəm və edə bilmədiyim üçün mənə problem yaranır. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə yazdım. Ən yaxşı halda bir neçə günə oğurlanmış vəsait balansıma geri qaytarılacaq. Bəs mənim bugün itirdiyim vaxt, qazandığım əsəb və işdə yaranan problemlərin kompensasiyası necə olacaq?!”

Tarix: 16 Noyabr 2019, 19:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin