BURADA REKLAMINIZ OLA
BİLƏR

Qırğızıstan-Tacikistan sərhədində atışmada mer yaralandı

Tacikistanın İsfar şəhərinin meri yaralanıb.

Pravda.az-ın xəbərinə görə, bu barədə şəhər merinin ofisi məlumat yayıb.


Məlumatda bildirilib ki, şəhərin meri Tacikistan-Qırğızıstan sərhədində baş verən atışmada çiyin nahiyəsindən yaralanıb.


Qeyd edək ki, bu gün Qırğızıstan və Tacikistan sərhədində hər iki ölkənin silahlı qüvvələri arasında atışma olub. Toqquşma nəticəsində 1 Qırğızıstan vətəndaşının öldüyü, 16 nəfərin isə yaralandığı bildirilir. Tacikistan tərəfi isə üç vətəndaşın güllə yarası aldığını açıqlayıb.

Axşam saatlarında Qırğızıstanın Batkən regionunun Leilek rayonunda Tacikistan və Qırğızıstan sərhədçiləri arasında yenidən atışma olduğu bildirilir. 

Tarix: 29 Aprel 2021, 19:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin