BURADA REKLAMINIZ OLA
BİLƏR

Çin Gürcüstana koronavirus vaksini göndərdi

Gürcüstan Çinin ianə etdiyi yeni növ koronavirus (COVID-19) əleyhinə 100 min doza "Sinovac" vaksinini qəbul edib.

Pravda.az xəbər verir ki, vaksinləri daşıyan Macarıstana məxsus təyyarə bu gün axşam saatlarında Tbilisi Hava Limanına enib.

Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani çatdırılan vaksinlərə görə Çinə və Macarıstana təşəkkür edib, bu addımın pandemiyaya qarşı mübarizədə ölkələr arasında yaxşı əməkdaşlıq nümunəsi olduğunu bildirib.

Tarix: 29 Aprel 2021, 22:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin