BURADA REKLAMINIZ OLA
BİLƏR

Qırğızıstanla Tacikistan arasında yenidən atışma başladı

Qırğızıstan-Tacikistan sərhədində yenidən atışma başlayıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Qırğızıstanın Batken vilayətinin Daxili İşlər İdarəsindən bildirilib.

 

Qeyd edək ki, aprelin 29-da Qırğızıstan-Tacikistan sərhədində yaranmış qarşıdurmada 20 nəfər həlak olmuş, 150 nəfər yaralanmışdı. Qırğızıstan atışmada xüsusi təyinatlı 3 sərhədçisinin də həlak olduğunu açıqlamışdı.

 

Aprelin 29-da axşam saatlarında tərəflər atəşkəs barədə razılığa gəlmiş, atəş dayandırılmışdı.

 

Əlavə edək ki, bölgədə qarşıdurmalar müntəzəm baş verir. Buna səbəb Qırğızıstan-Tacikistan sərhədində delimitasiya olunmamış ərazilərin mövcud olmasıdır.

 

Tərəflər sərhəddə insidentlərlə görə bir-birini ittiham edir.

Tarix: 30 Aprel 2021, 11:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin