BURADA REKLAMINIZ OLA
BİLƏR

Vaksin olunanlar üçün güzəştlər hazırlanır

Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurası koronavirusa qarşı tam peyvəndlənmə kursunu keçən vətəndaşlar üçün müəyyən güzəştlərin müəyyən edilməsi üzrə iş aparır.

 

Pravda.az xəbər verir ki, bu barədə şuranın Operativ Qərargahının rəisi Giorgi Qibradze məlumat verib.

 

O, hazırkı mərhələdə güzəştlərin dəqiq siyahısı barədə danışmağın tez olduğunu bildirib: “Hazırda ölkədə vaksinasiyanın ikinci mərhələsi aparılır. Lakin Koordinasiya Şurası vaksinin hər iki dozasını vurduran şəxslər üçün güzəştləri nəzərdən keçirir”.

 

Qeyd edək ki, peyvəndin hər iki mərhələsindən keçən vətəndaşlara açıq havada qoruyucu maska taxmamaq və komendant saatının tələblərinə riayət etməməyə icazə veriləcəyi gözlənilir.

 

Bu günə olan məlumata əsasən, qonşu ölkədə vaksinasiyadan 43 568 vətəndaş keçib. Onların 5 218-i hər iki dozanı alıb.

Tarix: 30 Aprel 2021, 17:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin