BURADA REKLAMINIZ OLA
BİLƏR

Paşinyan Yerevana qayıda bilmir

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın təyyarəsində texniki nasazlıq aşkarlanıb.

Pravda.az xəbər verir ki, bu barədə Ermənistan hökumətindəki mənbəyə istinadən “Aysor.am” bildirib.

Məlumata görə, hazırda nasazlıq aradan qaldırılır.

Hökumətdən bildirilib ki, əgər problem həll edilməsə, nümayəndə heyəti Ermənistana başqa təyyarədə qayıdacaq.

Nikol Paşinyanın başçılıq etdiyi nümayəndə heyəti Tatarıstan Respublikasının paytaxtı Kazanda Avrasiya İqtisadi Birliyinin hökümətlərarası şurasının iclasında iştirak edib.

Report

Tarix: 30 Aprel 2021, 22:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin