BURADA REKLAMINIZ OLA
BİLƏR

Matəm elan olundu - FƏRMAN

Tacikistanla sərhəddə silahlı münaqişə zamanı ölənlərin xatirəsini yad etmək məqsədi ilə mayın 1-i və 2-si Qırğızıstanda milli matəm günləri elan olunub.

 

Pravda.az TASS-a istinadən xəbər verir ki, müvafiq Fərmanı respublika prezidenti Sadır Japarov imzalayıb. 

 

“Qırğız Respublikasının Prezidenti Fərman imzalayıb, bu Fərmana əsasən, 2021-ci il 1-2 may tarixləri Qırğız Respublikasında milli matəm günləri elan edilib”, - prezidentin mətbuat xidmətinin məlumatına deyilir.

 

Qeyd edək ki, Qırğızıstan-Tacikistan sərhədində baş verənlər nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb, 154 yaralı var.

Tarix: 1 May 2021, 08:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin