BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirus xəstələri yanaraq öldü

Hindistanın qərbindəki Bxarux şəhərində koronaviruslu xəstələrin müalicə olunduğu xəstəxanada yanğın zamanı azı 18 pasiyent həyatını itirib.  

 

Bu barədə “Hindustan Times” qəzeti polisə istinadən bildirib.

 

Yerli polis nümayəndəsinin sözlərinə görə, pasiyentlər yanan məhsulların tüstüsündən zəhərlənmədən həlak olublar. O bildirib ki, qurbanların sayı arta bilər.

 

Yanğın bir saat ərzində söndürülüb, 50-yə yaxın pasiyent yerli sakinlər və yanğınsöndürənlər tərəfindən xilas edilib. Baş vermiş hadisənin səbəbləri aydınlaşdırılır.

Tarix: 1 May 2021, 08:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin