BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan yığması Uelsə məğlub olub YENİLƏNDİ

Azərbaycan millisi “AVRO-2020”-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

 

Pravda.az-ın məlumatına görə, Nikola Yurçeviçin baş məşqçi olduğu komanda Uels yığmasını qəbul edib.

 

“Bakcell Arena”da keçirilən qarşılaşma Azərbaycan millisinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Görüşdə ilk qol 10-cu dəqiqəyə təsadüf edib. Küncdən zərbədən sonra Kiffer Mur hesabı açıb.

 

Qonaq komanda ikinci qolu 34-cü dəqiqədə vurub. Harri Uilson topu boş qapıdan keçirib.

 

Bu nəticədən sonra Uels millisi 11-ci xalını qazanıb və hələlik üçüncü pilləyə yüksəlib.

 

Azərbaycan yığması isə 7 oyundan sonra bir xalla sonuncu - beşinci pillədə qərarlaşıb. “E” qrupunun digər matçında Xorvatiya Slovakiyanı qəbul edəcək.

 

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdəki son oyununu noyabrın 19-da Trnavada Slovakiyaya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

 

***

 

AVRO-2020-nin seçmə mərhələsində keçirilən Azərbaycan - Uels matçında ikinci hissə başlayıb.

 

Pravda.az-ın məlumatına görə, "Bakcell Arena"da keçirilən oyunda qonaq komanda 2:0 hesabı ilə öndədir.

 

***

 

AVRO-2020-nin seçmə mərhələsində keçirilən Azərbaycan - Uels matçında ilk hissə başa çatıb.

 

Pravda.az-ın məlumatına görə, "Bakcell Arena"da keçirilən oyunda qonaq komanda 2:0 hesabı ilə öndədir.

 

 “Bakcell Arena”da keçirilən görüşü Almaniyadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Deniz Aytekindir.

Tarix: 16 Noyabr 2019, 21:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin