BURADA REKLAMINIZ OLA
BİLƏR

Güləşçimiz erməniyə qalib gəlib, qızıl medal qazandı

Rusiyanın Yakutsk şəhərində Olimpiya, dünya və Avropa çempionu Roman Dmitriyevin xatirə turniri keçirilib.

Pravda.az xəbər verir ki, turnirdə gənc sərbəst güləşçilərimiz mübarizə aparıblar.

Mübarizəyə dörddəbir finaldan qoşulan Sabir Cəfərov (65 kq) iki rəqibi üzərində inamlı qələbə qazanaraq, adını finala yazdırıb.

Həlledici görüşdə rusiyalı idmançıya məğlub olan güləşçimiz gümüş medalla kifayətlənib.

Digər təmsilçimiz Cəbrayıl Hacıyev (70 kq) ilk iki mərhələdə Rusiya təmsilçilərinə heç bir şans tanımayıb. Yarımfinalda Qırğızıstan idmançısından da güclü olan C.Hacıyev finala vəsiqə qazanıb.

Qızıl medal uğrunda görüşdə erməni əsilli Rusiya idmançısına qalib gələn C.Hacıyev qızıl medal qazanıb.

Beləliklə, üç güləşçi ilə xatirə turnirinə qatılan komandamız yarışı bir qızıl və bir gümüş medalla başa vurub.

Tarix: 1 May 2021, 20:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin