BURADA REKLAMINIZ OLA
BİLƏR

Qırğızıstan və Tacikistan qoşunları sərhəddəki münaqişə zonasından geri çəkir

Qırğız Respublikası və Tacikistan sərhəddə silahlı konfliktin zonasından hərbi qulluqçuların və hərbi texnikanın aparılmasına başlayıblar.

Pravda.az xəbər verir ki, bu barədə Qırğız Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti bildirib.

"Tərəflər əlavə qüvvələri və vasitələri dövlət sərhəd xəttindən daimi yerləşmə məntəqələrinə çıxarmağa başladı", - xəbərdə deyilir. Sərhəd şöbəsindən verilən məlumata görə, sərhəddə vəziyyət sabit olaraq xarakterizə edilir, ötən gecə heç bir insident və ya atışma qeydə alınmayıb.

Tarix: 2 May 2021, 08:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin