BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Mayın 9-dan 16-dək...

Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarları 9 may saat 00:00-dan 16 may 06:00-dək hərəkətdə olmayacaq.

 

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb. Bildirilir ki, sözügedən xətt üzrə qatarlar 8 və 16 may tarixlərində tam iş günü cədvəli üzrə hərəkət edəcək.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə ölkədə iş və istirahət günlərinin ardıcıllığı dəyişdirilib və Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.

Tarix: 3 May 2021, 15:11   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin