BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bir qrup sakini aldadıb müvafiq dövlət orqanının qarşısına toplamaqla dövlətdən əlavə vəsait almaq niyyətində olanlar var” - Mirşahin

Özünü zərərçəkmiş hesab edən bir qrup “Sovetski” sakini REAL TV-nin rəhbəri Mirşahin Ağayevlə də görüşmək istəyib.

 

M. Ağayev həmin sakinlərdən biri olan Fərid Vaqif oğlu Bağırov haqqında araşdırma edib. O bildirib ki, Fərid Bağırov mülkiyətçidir və sökülən evinə görə kompensasiya almadığını bildirir: “Fərid Bağırov aksiyada əlində müəyyən sənədlər göstərir və orada qeyd olunan 142 kvadrat metr sahədə üçmərtəbəli yaşayış evinin ona məxsus olduğunu və bu evin onun xəbəri olmadan içərisində əşyalarla birgə sökülərək dağıdıldığını, özünün isə bu zaman Türkiyədə olduğunu bildirir. Amma elə deyil. Göstərilən sənədlərdə əks olunan daşınmaz əmlaka görə mülkiyyətçilərə, o cümlədən atası Vaqif Əli Bağırova artıqlamasıyla vəsait ödənilib".

 

M. Ağayev efir vasitəsilə adıçəkilən vətəndaşa üzünü tutaraq apardığı araşdırmanın detallarını açıqlayıb:

 

"Təqdim olunan sənədlərdə Yasamal rayonu, Nəriman Nərimanov küçəsi: ev 40 ünvanında göstərilən üçmərtəbəli yaşayış evi üzrə aparılan araşdırma zamanı müəyyən etdik ki, Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Vaqif Bağırovun adına 19 iyun 1999-cu il tarixində verilmiş FM seriyalı 000723 nömrəli qeydiyyat vəsiqəsinə əsasən həmin yaşayış evi atanız Vaqif Əli Abbas oğlu Bağırova, əminiz İbrahim Əli Abbas oğlu Bağırovun və babanız Əli Abbas Mirzə oğlu Bağırovun paylı mülkiyyətində olub. Bu mülkiyyətçilər arasına sonradan başqa əminiz İsabala Əli Abbas oğlu Bağırov da qoşulmaqla mütəmadi mübahisələr olub. Sonra isə mübahisə məhkəmə müstəvisində davam edib.

 

Xeyli müddətdən sonra 2016- cı ilin 18 noyabr tarixində məhkəmənin nəticəsi olaraq notarial qaydada barışıq sazişi tərtib edilib. Onların yaşayış evləri üçün komissiya tərəfindən hesablanmış 437 min 500 manat məbləğində kompensasiyanın aralarında bölüşdürməsi razılaşdırılıb. Vaqif Bağırov üçün 207 min 400  manat, İsabala Bağırov üçün 50 min manat, İbrahim Bağırov üçün isə 180 min 100 manat ödənilib. Bundan sonra sizinlə Bakı şəhəri 19 saylı notariat konturunda 2016- cı il 14 dekabr tarixində Yasamal rayon icra hakimiyyətinin etibarlı nümayəndəsi arasında qeyd edilən yaşayış evinin alqı-satqısı barədə 0592583 saylı müqavilə bağlanıb".

 

Aparıcının sözlərinə görə, həmin gündən daşınmaz əmlak faktiki olaraq dövlət mülkiyyətinə keçib:

 

"Alqı-satqı müqaviləsində satıcılar yəni, adları çəkilən mülkiyyətçilər bundan sonra daşınmaz əmlakla əlaqədar heç bir iddialarının olmayacağını və bu əmlakı qısa müddət ərzində boşaldaraq alıcıya, Yasamal rayon İcra Hakimiyyətinə təhvil verəcəkləri barədə öhdəlik götürüblər. Bu əmlaka dair adıçəkilən qeydiyyat vəsiqəsində evin yardımçı sahə yarım zirzəmi ilə birlikdə ümumi sahəsi 184,4 min kvadrat metr göstərilir. 

 

Komissiya tərəfindən evin faktiki sahəsinə görə 286,5 kvadrat metr sahəyə görə kompensasiya hesablanaraq ödənilib. Evin zirzəmisinin 32,6 kvadrat metr hissəsinin hündürlüyü 2,2 metr, anbarı isə bir kvadratmetri 1200 manata, qalan hissəsinin isə hündürlüyü 2,5 metr bir kvadratmetri 1500 manata qiymətləndirilərək ümumi kompensasiya məbləğinə daxil edilib. Fərid Bağırovun söylədiyi fikirlər tamamilə əsassızdır. Onun təqdim etdiyi müqaviləni atası imzalayıb və kompensasiya məbləğini də atası bankdan götürüb.

 

Mən buna görə də deyirdim ki, məlumatsız, məsum olan bir qrup sakini aldadıb müvafiq dövlət orqanının qarşısına toplamaqla dövlətdən əlavə vəsait almaq niyyətində olanlar var”.

 

Tarix: 3 May 2021, 16:42   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin