BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Arif Hacılı: “Azərbaycan hakimiyyəti nəyin bahasına olursa-olsun paradın keçirilməsinə imkan verməməlidir”

“Rusiya niyə Xankəndində hərbi parad keçirmək qərarına gəlib? İlk baxışda Kreml indi Azərbaycanla münasibətləri normallaşdırmaqda cəmiyyətimizi qıcıqlandırmamaqda maraqlı olmalı, anti-rusiya mövqeli yerli siyasi qüvvələrə əlavə arqument verməməlidir. Amma yox, Kreml bu paradla bizim rəyimizin Rusiya üçün əhəmiyyətsiz olduğunu, Azərbaycana müstəqil dövlət kimi yox, Rusiyanın təsiri altında olan bir ərazi kimi baxdığını nümayiş etdirir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

 

A.Hacılı bildirib ki, Rusiya Azərbaycanın milli qüruruna toxunmaq, xalqı aşağılamaq istəyir: “Cinayətkar təfəkkürlü bu rejim belə üsullarla Rusiya qarşısında acizliyimizi bizə "yedirtmək", sonra isə tədricən daxili və xarici siyasətimizi tam nəzarət altına almaq niyyətindədir. Azərbaycan hakimiyyəti nəyin bahasına olursa-olsun bu paradın keçirilməsinə imkan verməməli, Azərbaycanın müstəqillliyini müqəddəs dəyər kimi qəbul edən hər kəs bütün mümkün imkanlardan istifadə edib Rusiyanın işğalçı siyasətinə qarşı etiraz səsini ucaltmalıdır”.

Tarix: 3 May 2021, 17:03   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin