BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq Baş Qərargah rəisinin barəsində cinayət işi başlandı

Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi general-polkovnik Movses Akopyana ittiham irəli sürülüb və barəsində cinayət işi başlanıb.

 

Pravda.az-ın xəbərinə görə, M. Akopyan bu barədə məlumatı “Sputnik Armenia”nın əməkdaşına təsdiqləyib.

 

Milli Təhlükəsizlik Xidməti (MTX) onun barəsində cinayət məcəlləsinin 306-cı maddəsi (dövlət sirri təşkil edən məlumatı elan etmə) ilə cinayət işi başladıb.

 

General MTX-da dindirildiyini də vurğulayıb. Ondan yaşayış yerini tərk etməmək barədə iltizam alınıb.

 

Xatırladaq ki, M. Akopyan ötən ilin noyabr ayında keçirdiyi böyük mətbuat konfransında bir sıra səs-küylü açıqlamalar verib.

Tarix: 3 May 2021, 18:23   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin