BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu peyvənd istifadə edilməyəcək

Danimarka COVID-19 əleyhinə “Johnson & Johnson” peyvəndindən istifadə etməyəcək.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə "TV2" kanalı məlumat yayıb.

 

Artıq ölkənin səhiyyə naziri Maqnus Heunike bu barədə parlamenti məlumatlandırıb.

 

Bu qərar müxtəlif ölkələrdə peyvənd vurulduqdan sonra qanda yaranan laxtalanma halları ilə əlaqədar verilib.

 

Bildirilib ki, Danimarka hələ "Johnson & Johnson" peyvəndinin tətbiqinə başlamasa da, ölkədə bu peyvəndin dozaları var. Bundan əlavə, Danimarka 8,2 milyon doza “Johnson & Johnson” peyvəndi almağı planlaşdırırdı.

 

Xatırladaq ki, oxşar səbəbdən Danimarka “AstraZeneca” peyvəndinin istifadəsini də tamamilə dayandırıb.

Tarix: 3 May 2021, 19:09   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin