BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

ÜST “Sputnik V” vaksini barədə nə vaxt qərar verəcək?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri Rusiyanın yeni növ koronavirusa (COVID-19) qarşı “Sputnik V” vaksininin təcili tətbiqinin tövsiyə olunan peyvəndlər sırasına daxil edilməsi üçün qiymətləndirməni iyunun sonları, iyul ayında apara bilərlər.

 

Bunu ÜST-ün Baş direktorunun köməkçisi Mariancela Simao bildirib.

 

M. Simao deyib ki, ekspertlər “Sputnik V” vaksininin Rusiyada istehsal və klinik praktikasını öyrənəcək: “Bizim əlimizdə vaksin barədə tam hesabat, o cümlədən vaksinin etibarlı şəkildə istehsalı və istehsal praktikası barədə məlumatlar olan zaman bu, texniki ekspert qrupu tərəfindən qiymətləndirilə bilər. Biz bunu ən tezi iyunun sonu, yaxud iyulda gözləyirik”.

Tarix: 3 May 2021, 19:42   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin