BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

"Genetik kodu mənfi olan molla da, icra başçısı da eyni hadisələri edir" - Vitse-spiker

“Bütün hadisələr mollaların üzərindən cərəyan etmir”.

Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker Fəzail İbrahimli deyib.

Vitse-spiker bildirib ki, bütün mənfilikləri mollaların üzərinə atmaq doğru deyil: “Genetik kodu mənfi olan molla da, icra başçısı da eyni hadisələri edir. Prezident İlham Əliyev bütün rayonun məsuliyyətini icra başçısının üzərinə qoyur, ancaq o icra başçısı hansı əməlləri edir? Bu yaxınlarda nə qədər icra başçısı həbs edildi, nə qədər baş həkim həbs edildi?”

Spiker Sahibə Qafarova isə bildirib ki, deputatların təkliflərini də nəzərə almaq lazımdır: “Müvafiq qurumlar da dini təhsillə bağlı deputatların təkliflərinə baxsa, yaxşı olar”.

Tarix: 4 May 2021, 13:27   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin