BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycanın NATO ilə əməkdaşlığının bariz nümunəsi Əfqanıstandakı sülhməramlı missiyada iştirak etməsidir”

Azərbaycan artıq 27 ildir ki NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulub. 1994-cu ildən etibarən Azərbaycan - NATO əməkdaşlığı davam edir.

 

Bu barədə Pravda.az-a danışan politoloq Fikrət Sadıxov bildirib ki, Azərbaycan terrorla ümumi şəkildə mübarizənin labüd olduğunu bildiyi üçün NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulub:

 

 

"NATO ilə Azərbaycan dövləti proqram çərçivəsində artıq uzun illərdir ki əməkdaşlıq edir. Üzv dövlət olmasaq da, bizim NATO ilə həm hərbi-texniki əməkdaşlığımız var, həm də treninqlərdə iştirak edirik. Ümumiyyətlə, Azərbaycan sözügedən təşkilatla bağlı bir sıra tədbirlərin aktiv iştirakçısıdır. Biz qarşımıza NATO-nun üzvü olmaq kimi bir məqsəd də qoymamışıq, çünki heç bir hərbi bloka daxil olmaq fikriniz yoxdur. Bildiyimiz kimi, Azərbaycan hazırda Qoşulmama Hərəkatına sədrlik edir".

 

Siyasi ekspert əlavə edib ki, Azərbaycanın NATO ilə əməkdaşlığının bariz nümunəsi Əfqanıstandakı sülhməramlı missiyada iştirak etməsidir: "ABŞ-Azərbaycan münasibətləri ümumən ayrıca bir xətdir. Hesab edirəm ki, münasibətlər bu xətt üzrə normal səviyyədə inkişaf edir. Təsadüfi deyil ki, ABŞ dövlət katibi Prezident İlham Əliyevlə telefon danışığı zamanı bunu xüsusilə qeyd edib. Onu da vurğulayıb ki, Azərbaycanın NATO ilə əməkdaşlığı, doğrudan da, əməli xarakter daşıyır. Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyasını yerinə yetirməsi buna bariz nümunədir".

 

Nəzrin Cavid

Tarix: 4 May 2021, 14:48   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin