BURADA REKLAMINIZ OLA
BİLƏR

Şabranda yas mərasimi keçirildiyi aşkar edilib, 3 nəfər məsuliyyətə cəlb olunub

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Qazbabalı kəndində xüsusi karantin rejiminin pozulması ilə müşayət olunan yas mərasiminin keçirilməsinin qarşısı alınıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, mayın 4-də həmin kənd ərazisində fərdi yaşayış evində ev sahibi yas mərasimi keçirməyə cəhd edib. Daxil olmuş məlumat əsasında polis əməkdaşları kəndə gedərək mərasimin keçirilməsinə imkan verməyiblər.

 

Sözügedən ünvanda sanitar-gigiyena və karantin qaydalarının pozulduğu da müəyyən edilib. Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, karantin qaydaları barədə ətraflı məlumat verilib.

 

Mərasimi təşkil edən 3 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Tarix: 4 May 2021, 18:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin