BURADA REKLAMINIZ OLA
BİLƏR

Gürcüstanın Baş naziri Azərbaycana gəlir

Sabah Gürcüstan Baş naziri İrakli Qaribaşvili Azərbaycana ilk rəsmi səfərini edəcək.

 

Bu barədə Gürcüstan Baş nazirinin administrasiyası məlumat yayıb.

 

Bildirilib ki, səfər çərçivəsində İ.Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. İ.Qaribaşvilinin azərbaycanlı həmkarı Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşü də planlaşdırılıb.

 

Gürcüstanın hökumət başçısını səfərdə Baş nazirin müavini və Xarici İşlər naziri David Zalkaliani müşayiət edəcək.

Tarix: 4 May 2021, 22:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin