BURADA REKLAMINIZ OLA
BİLƏR

Lavrov Ermənistana gedəcək

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfər edəcək.

 

Rusiya XİN rəhbəri 5 mayda Yerevana səfər etsə də, rəsmi görüşləri bir gün sonra, 6 mayda baş tutacaq.

 

Daha sonra Sergey Lavrov mayın 10-11-də Azərbaycanda işgüzar səfərdə olacaq.

 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Lavrov Ermənistan və Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq:

 

“İkitərəfli və regional əməkdaşlıq məsələlərinin geniş spektrinin, habelə beynəlxalq arenada qarşılıqlı əlaqələrin nəzərdən keçirilməsi gözlənilir. Əsas diqqət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının həyata keçirilməsinə yönələcək”, - o vurğulayıb.

Tarix: 5 May 2021, 08:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin