BURADA REKLAMINIZ OLA
BİLƏR

Marketdə məhsulları əzərək videoya çəkən cütlük saxlanıldı

Marketdə özlərini çəkib yeyinti məhsullarını yararsız hala salanlar saxlanılıb.

 

DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov bildirib ki, bir neçə gün əvvəl marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkib sosial şəbəkələrdə paylaşanların şəxsiyyəti müəyyən edilib.

 

Araşdırmalarla həmin şəxslərin Bakı şəhər sakinləri Rüstəm Orucov və Xəyalə Vəliyeva olduqlarları məlum olub. Onlar polis orqanına gətirilib və həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb, o cümlədən mağazaya dəymiş maddi ziyan ödətdirilib.

 

R.Orucov və X.Vəliyeva törətdikləri əməldən peşiman olduqlarını bildiriblər.

Tarix: 5 May 2021, 09:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin