BURADA REKLAMINIZ OLA
BİLƏR

SOCAR: Hava ilə əlaqədar təhlükə potensiallı işlər məhdudlaşdırılıb və ya dayandırılıb

Hava şəraiti ilə əlaqədar olaraq, SOCAR-ın istehsalat sahələrində təhlükə potensialı olan işlər məhdudlaşdırılıb və ya dayandırılıb.

 

Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

 

Onun sözlərinə görə, bu tədbirlər SOCAR-ın bütün istehsalat obyektlərinə (dənizdə yerləşən obyektləri daxil olmaqla) şamil olunur.

 

"Baş verə biləcək texnogen qəzaların qarşısını almaq üçün qabaqlayıcı təhlükəsizlik tədbirləri görülüb, yanğına və partlayışa həssas olan yanacaq, sürtkü yağları və digər materialların saxlanılmasının təhlükəsizliyi gücləndirilib və əmək normaları çərçivəsində istehsalatda insan sağlamlığının qorunması təmin olunur", - İ. Əhmədov qeyd edib.

 

Xatırladaq ki, öncə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi Xəzər dənizi akvatoriyasında müşahidə edilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib. Agentliyin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə təhlükəli hidrometeoroloji hadisə haqqında daxil olan məlumata əsasən mayın 5-i səhər saatlarından Orta Xəzərdə şimal-qərb küləyi 18-23 m/s, arabir 25-28 m/s, gündüz açıq dənizdə isə arabir 30 m/s-dək güclənəcəyi gözlənilir. Dənizdə dalğanın hündürlüyü 2-3 m, sonrakı inkişafda 4-6 metrə çatacağı proqnozlaşdırılır.

Tarix: 5 May 2021, 10:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin