BURADA REKLAMINIZ OLA
BİLƏR

Dələduzluq edən "vəkil" tutuldu

İsmayıllıda özünü vəkil kimi təqdim edib dələduzluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Pravda.az-a verilən məlumata görə, rayon sakinləri özünü vəkil kimi təqdim edən Elman adlı şəxsin icarəyə torpaq sahəsi götürmək, azyaşlılara qəyyum təyin etdirmək kimi vədlər verərək onları aldatdığını və pullarını ələ keçirdiyini bildiriblər.

Dələduzluq əməlini törətməkdə şübhəli bilinən İsmayıllı şəhər sakini Elman Xəlilov saxlanılıb.  Araşdırma zamanı onun Ağsu rayonunda da vətəndaşların pullarını alaraq dələduzluq etdiyi məlum olub.

E.Xəlilovun analoji əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər, 050-280-45-00 mobil nömrələri, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Tarix: 5 May 2021, 10:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin