BURADA REKLAMINIZ OLA
BİLƏR

İrakli Qaribaşvilinin Azərbaycana səfəri başladı

Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri başlayıb.

Pravda.az-ın xəbərinə görə, Gürcüstanın hökumət nümayəndələrini daşıyan təyyarə bu dəqiqələrdə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Gürcüstanın hökumət administrasiyasının məlumatına əsasən, İ. Qaribaşvili Azərbaycana ilk rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək, o, Baş nazir Əli Əsədov, parlamentin sədri Sahibə Qafarova ilə görüşlər keçirəcək.

Görüşlər zamanı iki ölkə arasında siyasi, iqtisadi, ticari, mədəni və humanitar sahələrə dair müzakirələrin aparılacağı bildirilib.

İ. Qaribaşvilinin Azərbaycana səfəri bu gün başa çatacaq. Baş naziri rəsmi səfərdə müavini, xarici işlər naziri David Zalkaliani müşayiət edir. D. Zalkalianini azərbaycanlı həmkarı Ceyhun Bayramovla təkbətək görüş keçirəcəyi bildirilib.

Tarix: 5 May 2021, 11:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin