BURADA REKLAMINIZ OLA
BİLƏR

Daha bir hərbçinin nəşi tapıldı

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb.

Pravda.az-ın məlumatına görə, Vətən müharibəsinin ilk günlərindən itkin düşən və axtarışları davam edən 1990-cı il təvəllüdlü Mingəçevir sakini Tağıyev Pərviz Hafiz oğlunun nəşi Suqovuşan-Tərtər istiqamətində aşkar edilib.

Mingəçevir şəhər İcra Hakimiyyətindən APA-ya bildirilib ki, şəhid bu gün saat 14.00-da Mingəçevir Şəhidlər xiyabanında dəfn olunacaq.

APA

Tarix: 5 May 2021, 12:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin