BURADA REKLAMINIZ OLA
BİLƏR

“Xalqı bütün gücləri ilə qarşıdurmaya hazırlayırlar” - Aslan İsmayılov

“Son 20-30 il xalq arasında az-çox tanınmışların gözdən salınması prosesi davam etməkdədir. Özü də bu iyrənc proses həm hakimiyyət, həm də müxalifətyönlülər tərəfindən aparılır. Təşkilatçıların bu murdarlığı bilərəkdən etdiklərinə heç bir şübhəm yoxdur. Hər ikisinin də məqsədi eynidir, Xalqın istəklərini dilə gətirənlər onun güvəndikləri şəxslər olmasın. Belə olan təqdirdə hər iki tərəf xalq naminə yox, hakimiyyət naminə davalarını istədikləri kimi apara bilirlər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

 

“Bu gün demək olar ki, məqsədlərinə çatıblar. Ölkədə hər hansı ciddi proseslər başlayarsa xalqın güvənəcəyi, ona müraciət edəcəyi bir nəfər də qalmayıb. Bu gün isə Azərbaycana düşmən olan xarici qüvvələr, həm də onların ölkə içindəki maşaları var gücü ilə ölkə içində qarşıdurma yaratmaq istəyirlər. Son günlər yayılan məlumatlara fikir versəniz, bunu aydın görərsiniz. İstənilən bir etiraz aksiyası “Kənd, rayon, xalq üsyana qalxdı” başlığı ilə tirajlanır və xalqı bütün gücləri ilə qarşıdurmaya hazırlayırlar. Qanunun aliliyinin olmadığı bir dövlətdə isə bu faciədir. Azərbaycanda qanunun ali, hamı tərəfindən sözsüz qəbul edildiyini təmin etmək üçün isə bizə hələ uzun zaman lazımdır. Təəssüf ki, buna nə hakimiyyət, nə müxalifət, nə də xalq hazırdır” – A.İsmayılov qeyd edib.

Tarix: 5 May 2021, 15:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin