BURADA REKLAMINIZ OLA
BİLƏR

Lavrov Ermənistanda etirazla qarşılandı

Ermənistanda Jirayr Sefilyanın "Milli Demokratik Qütb" hərəkatının Rusiya xarici işlər naziri Sergey Lavrovun Yerevan səfərinə qarşı etiraz aksiyası keçirilib.

 

Aksiyada təxminən 200 nəfər iştirak edib.

 

Ermənistanın Avropa Partiyasının lideri Tiqran Xzmalyan və onun tərəfdarlarından biri Yerevanda Rusiya səfirliyinin qarşısındakı aksiya zamanı saxlanılıb.

 

Etirazçılar Rusiyanın Ermənistanın suverenliyinə qarşı yönəlmiş siyasətini tənqid edən bəyanat səsləndiriblər. Onlar Lavrovun bu səfərinin də ölkənin suverenliyinə qarşı istiqamətləndiyini və arzuolunmaz olduğunu bildiriblər.

 

Qeyd edək ki, bui gün Sergey Lavrovun Yerevana ikigünlük rəsmi səfəri başlayıb. O, 10-11 may tarixlərində Azərbaycana gələcək.

Tarix: 6 May 2021, 00:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin