BURADA REKLAMINIZ OLA
BİLƏR

Lavrov Ermənistan rəhbərliyi ilə hansı məsələləri müzakirə edəcək? - ŞƏRH

"Hazırda Rusiyanın Ermənistanla bağlı əsas qayəsi Azərbaycanda həbsdə olan diversantların azadlığa buraxılmasıdır. Sergey Lavrovun səfəri zamanı bu məsələ mütləq müzakirə ediləcək".

 

Bunu Pravda.az-a açıqlamasında politoloq Qabil Hüseynli Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ikigünlük rəsmi Ermənistan səfəri barədə danışarkən deyib.

 

Politoloq qeyd edib ki, danışıqlar zamanı Azərbaycan-Ermənistan münasibətlərini əhatə edən bir çox məsələlərə toxunulacaq: "Həbsdə olan diversantlarla bağlı məsələ müzakirə mövzusu olacaq. Onların 3 nəfərini Prezident İlham Əliyev böyük humanizm nümayiş etdirərək azad etsə də, indi onlar qalan cinayətkarları da azad etdirmək istəyirlər. Azərbaycanın bununla bağlı da şərtləri var, qarşı tərəf də addımlar atmalıdır. Birmənalı olaraq Qarabağ ərazisində olan Ermənistan qoşunları ərazidən çıxarılmalıdır. Doğrudur, tank və zirehli texnikanın əksər hissəsi çıxarılıb, amma hələ də ərazidə şəxsi heyət və texnikanın müəyyən hissəsi saxlanılır. Üstəlik, Laçın koridoru vasitəsilə Qarabağa qanunsuz keçmə hallarının sayı daha da çoxalıb. 2020-ci ilin 10 noyabr üçtərəfli razılaşmasında bu ərazilərdəki erməni qoşunları çıxarılması qərara alınsa da, hələ də 10 mindən artıq şəxsi heyət ərazidə qalmaqdadır".

 

Q.Hüseynli əlavə edib ki, Ermənistan tərəfi hələki məsələləri yubatmaq, öz xeyrini güdmək xəttini tutmaqda davam edir: "Səfər zamanı, ola bilsin ki, Mehri koridoru və minalanmış ərazilərin xəritəsi məsələsi müzakirə olunsun. Bildiyimiz kimi, Azərbaycan artıq uzun müddətdir ki, xəritəni tələb edir, amma qarşı tərəf yenə də məsələnin həllini yubadır. Bundan başqa, səfər çərçivəsində, fikrimcə, Ermənistandakı seçkiqabağı məsələlərə də diqqət yetiriləcək".

 

Qeyd: Sergey Lavrov 10-11 may tarixlərində Azərbaycana gələcək.

 

Nəzrin Cavid

Tarix: 6 May 2021, 11:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin