BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bakı Putin və Bayden arasında keçirələcək görüş üçün ideal şəhərdir”

"Dünyanın nüvə ehtiyatının 92 faizinə sahib olan Rusiya və ABŞ liderləri Bakıda görüşərsə, bu, Azərbaycanın dünyadakı nüfuzuna müsbət təsir göstərər".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

 

 

Deputat qeyd edib ki, Bakıya bir çox məsələlərdə etimad göstərildiyi üçün ABŞ prezidenti Co Baydenlə Rusiya prezidenti Vladimir Putin arasında keçiriləcək  görüşün Bakıda təşkili mümkündür: "Bir neçə dəfə Rusiya və NATO baş qərargah rəislərinin görüşü Bakıda keçirilib. Bu, o deməkdir ki, Rusiya və ABŞ prezidentlərinin görüş yeri kimi Bakı elə ən optimal variantlardandır. Bakı həmçinin təhlükəsizlik baxımından uyğun seçimdir ki, danışıqlarla bağlı hansısa sirlər yayılmasın və s. Bakıya bu mənada böyük etimad göstərilir. Hesab edirəm ki, Azərbaycan tərəfi özü də bu məsələdə təşəbbüs göstərsə, müsbət qiymətləndirilər. Bəzən deyirlər ki, özümüz təşəbbüs göstərməyək. Nəzərə almaq lazımdır ki, Bakı bu məsələdə beynəlxalq təcrübəyə malikdir. Bəzi hallarda belə təcrübəsi olan ölkələrə görüş istəyən tərəflər üçün vasitəçilik təklif olunur. Təkrar edirəm, məncə, Azərbaycan özü bu görüş üçün təşəbbüskarlıq göstərməlidir. Belə şeydən çəkinmək lazım deyil. Çünki tərəflər özləri hər kəsdən yaxşı bilirlər ki, Bakı ən təhlükəsiz, bu görüş üçün ən ideal şəhərdir. Eyni zamanda, Rusiyanın və ABŞ-ın da Azərbaycana hörməti var. Baxmayaraq ki, Co Bayden “erməni soyqırımı” ifadəsini işlədib, amma “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin müvəqqəti dayandırılması da Azərbaycana olan etimadın göstəricisidir".

 

Qeyd: ABŞ-ın "Politico" qəzeti yazır ki, ABŞ Prezidenti Co Bayden və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş Bakıda keçirilə bilər.

 

Nəzrin Cavid

Tarix: 6 May 2021, 14:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin