BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtobuslarda gediş haqqı artırılır? - AÇIQLAMA

“Bakıda günün pik saatlarında avtobuslarda gediş haqqının fərqli qiymətə olması istisna edilmir”.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.

Onun sözlərinə görə, günün pik saatlarında avtobuslarda gediş haqqının fərqli qiymətdə olması bütün avtobuslarda kart sisteminə keçid tətbiq edildikdən sonra reallaşa bilər: “Bütün avtobusların kart sisteminə keçidi bu ilin sonuna tamamlanacaq".

M.Ağayev qeyd edib ki, günün pik saatlarında avtobuslarda gediş haqqının fərqli qiymətdə olması hələlik fikir olaraq qalır. Report.az

BNA-nın sözçüsü daha sonra səsləndirdiyi fikirlərə aydınlıq gətirib. O qeyd edib ki, heç bir qiymət artımından söhbət getmir: “Digər yandan qiymət tənzimlənməsi BNA yox digər müvafiq qurum tərəfindən həyata keçirilir. Məsələn Türkiyənin İzmir şəhərində səhər 06:00-07:00, axşam 19:00-20:00 arasında ictimai nəqliyyatda tariflər 50 faiz azaldılır. Bu ildən tətbiq edilən bu təcrübənin məqsədi pik saatlarda daha çox insanın məhz ictimai nəqliyyatdan istifadəsinə nail olmaqdır. Bizim də məqsədimiz insanların ictimai nəqliyyatdan istifadəsini stimullaşdıran bu cür təcrübələrdən istifadə etməkdir. Bir daha qeyd edirəm qiymətlərin artacağı ilə bağlı səslənən fikirlər yalandır”.

 

Tarix: 1 Noyabr 2019, 16:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin