BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ-ın Azərbaycandakı səfirliyi vəkillərlə bağlı qərarı alqışlayıb

ABŞ-ın Azərbaycandakı səfirliyi vəkillər Şəhla Hümbətova və İradə Cavadovanın Azərbaycan Vəkillər Kollegiyası üzvlüyünə bərpası ilə bağlı qərarı alqışlayıb.

Bu barədə Pravda.az-a diplomatik nümayəndəlikdən bildirilib.

"Dünyanın demokratik dövlətlərində insan haqları üzrə vəkillər insan haqlarının, demokratiyanın və qanun aliliyinin qorunmasında müstəsna rol oynayırlar. Xanım Hümbətova, xanım Cavadova və digər çoxsaylı vəkillərin cəsarətli səyləri nəticəsində ehtiyacı olan icmalar və sıravi vətəndaşlar hüquq xidmətlərindən faydalanmaq imkanı qazanırlar", - səfirlikdən vurğulanıb.

Tarix: 6 May 2021, 16:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin