BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ermənistan terrorçu mahiyyət kəsb edən bir dövlətdir”

"Ermənistan xüsusi xidmət orqanlarının müxtəlif terror qruplaşmaları ilə əlbir olduğuna dair dəlillər kifayət qədər çoxdur. 44 günlük Vətən müharibəsində də Ermənistan ordusunda PKK terrorçuları iştirak edirdilər”.

 

Bunu Pravda.az-a açıqlaması zamanı politoloq İlqar Vəlizadə PKK və Ermənistan əməkdaşlığı barədə danışarkən deyib.

 

Rusiya çalışır ki, tərəfləri ortaq məxrəcə gətirsin - İlqar Vəlizadə

 

Politoloq bildirib ki, Ermənistan onsuz da özlüyündə  terrorçu mahiyyət kəsb edən bir dövlətdir: "Ermənistan ordusu terrorla məşğul olan bir ordudur. Tarixçəsinə də baxanda görürük ki, bu "ordu" Azərbaycan torpaqlarında yaranıb və müxtəlif terror qruplaşmalarından ibarət olan qeyri-qanuni qurum olub. Hələ Sovet dövründə fəaliyyət göstərən bu qurum sonradan özünü ordu adlandırmağa başladı. Bu orduda fəaliyyət göstərənlərin də bir çoxu elə mahiyyət etibarilə terrorçu idilər. İndi də ənənələrindən əl çəkmirlər və regionda terror şəbəkəsi yaradırlar. PKK ilə uzun müddətdir ki, əlaqələri var. Təsadüfi deyil ki, ermənilər elə Qarabağda da PKK bazaları yerləşdirmişdilər, orada təlim keçirdilər. Türkiyə KİV bununla bağlı dəfələrlə məlumat paylaşmışdı. Doğrudur, biz müharibədə qalib gəlmişik, Ermənistan ordusu darmadağın edilib, amma onlar hələ də terror mahiyyətli qurum kimi fəaliyət göstərirlər. Hesab edirəm ki, məsələ ilə bağlı ATƏT-in Minsk Qrupu və ümumiyyətlə, beynəlxalq ictimaiyyət münasibət bildirməlidir".

 

Qeyd: Türkiyə mediası PKK terror qruplaşmasının ermənilərdən "OSA" zenit raket kompleksi almaq istədiyinə dair məlumat yayıb. Məlumata əsasən,  bununla bağlı PKK üzvləri Vitali Balasanyan Ermənistanın keçmiş müdafiə nazirləri Cəlal Arutunyan və Samvel Babayanla görüşüblər.

 

Nəzrin Cavid

Tarix: 6 May 2021, 17:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin