BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasətinə qarşı beynəlxalq təzyiq elementləri işə salınmayıb"

“Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin növbəti hesabatında qeyd olunan faktlar onu göstərir ki, Ermənistan Azərbaycana qarşı, mütəmadi olaraq, müxtəlif istiqamətlər üzrə təcavüzkarlıq siyasətini həyata keçirir və müqabilində isə cəzasız qalır".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat Azərbaycan Respublikasının Ombudsmanının yeni hesabatını şərh edərkən bildirib ki, sənəddə əks olunmuş tezislər və fikirlər Ermənistanın öz işğalçılıq siyasətini həyata keçirərkən azərbaycanalılara qarşı həm mənəvi terror siyasəti həyata keçirdiyini, tarixi abidələrimizi məhv etdiyini, həm də etnik təmizləmə siyasətini reallaşdıraraq bir milyondan çox vətəndaşımızın məcburi köçkün və qaçqın vəziyyətinə düşməsinə səbəb olduğunu təsdiqləyir.

E.Nəsirov təəssüflə hissi ilə qeyd edib ki, reallıqlar fonunda Ermənistana qarşı heç bir beynəlxalq təzyiq elementləri işə salınmayıb, sanksiyalar tətbiq edilməyib: “Bu, Ermənistanda arxayınlıq sindromu yaradıb və hesab edirlər ki, onlar hər zaman cəzasız qalacaqlar. Hesabatda həmçinin vurğulanır ki, Ermənistanda bir-birini əvəz edən hakimiyyətlər eyni siyasəti həyata keçirmiş və hətta sonuncu Paşinyan hakimiyyəti yeni ərazilər uğrunda yeni müharibəyə başlamaq iddiasını da ortaya qoymuşdu. Yəni sələfləri 20 faiz Azərbaycan torpağını işğal edib, xələfləri də yeni ərazilər işğal etməklə öz adını tarixə yazdırmaq niyyətinə düşmüşdü”.

Deputat həmçinin Ombudsmanın hesabatda qeyd etdiyi digər faktlar barədə də münasibət bildirib.
“Hesabatda qeyd olunur ki, 27 sentyabrda Ermənistan siyasi hərbi rəhbərliyi Azərbaycana qarşı növbəti cinayətə imza atdıqdan sonra İkinci Qarabağ Müharibəsi başlandı və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tarixi qələbə qazandı, torpaqlarımız üzərində suverenlik hüququmuz bərpa edildi. Müharibənin gedişatında Ermənistan ordusu növbəti müharibə cinayəti törətdi. Onlar dinc əhalinin yaşadığı əraziləri, xüsusilə Gəncə, Bərdə, Tərtər, Naftalan şəhərlərini və digər yaşayış məntəqələrimizi qadağan olunmuş silahlarla, raketlərlə hədəfə aldılar, o cümlədən kaset bombalardan istifadə etdilər. Bu, birbaşa müharibə cinayətidir və beynəlxalq hüquqa görə olduqca böyük məsuliyyət yaradan məsələdir. Bütün bu hadisələrə görə məsuliyyət, əlbəttə ki, Ermənistan tərəfinin üzərinə düşürdü və yeri gəlmişkən, separatçı rejimin "rəhbəri" Araik Arutyunyan həmin vaxt da demişdi ki, əmri məhz o verib, beləcə Azərbaycan şəhərləri zərbələrə məruz qalıb”, - deyə E.Nəsirov əlavə edib.


Qeyd: Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) mayın 5-də azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabatla çıxış edib.


Nəzrin Cavid

Tarix: 7 May 2021, 12:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin