“Co Bayden prezident seçildikdən sonra ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələrinin bu ilin sentyabrın 11-dək geri qayıdacağını bildirdi”.
Pravda.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında yazıb.
Siyasi şərhçi hesab edir ki, 11 sentyabr tarixinin seçilməsi simvolik mahiyyət daşıyır:
“Vaşinqton məhz 20 il əvvəl Əl-Kaida terrorçularının Amerikaya hücumundan sonra Əfqanıstana müdaxilə qərarı vermişdi. Ağ Ev sahibi hesab edir ki, geri qayıtmaq zamanıdır”.
E.Şahinoğlu məsələ ilə bağlı şərhində belə bir sual qoyur: “ABŞ 20 ildə hədəfinə çata bildimi?”
“Əlbəttə, ABŞ Əl-Kaida terrorçuların bir qismini neytrallaşdırdı, əsas düşməni Ben Laden qətlə yetirildi. Ancaq ABŞ Əfqanıstanda qarşısında qoyduğu hədəflərə çata bilmədi. Taliban məğlub olmadı, qruplaşma əvvəlkitək Əfqanıstanda böyük gücə sahibdir. Bunun nəticəsidir ki, Vaşinqton Talibanla bir neçə il savaşdıqdan sonra qruplaşmanın nümayəndələri ilə üçüncü ölkələrdə dialoqa başlamaq məcburiyyətində qaldı.
Bəzi ekspertlər hesab edir ki, ABŞ qoşunları Əfqanıstanı tərk etdikdən sonra Talibanın gücü artacaq. Əfqanıstanda yenidən vətəndaş müharibəsinin alovlanacağı və paytaxt Kabil uğrunda döyüşlərin başlayacağını proqnozlaşdıranlar da var.
Hazırda Kabil ABŞ-la işbirliyi içərisində olan hökumətin nəzarətindədir. Vaxtilə SSRİ də eyni siyasəti həyata keçirmiş və Kabili taleyin ümidinə buraxmışdı. SSRİ-nin hərbi birlikləri 1988-ci ildə Əfqanıstanı tərk etdikdən sonra Kabildəki rejim müxalif qüvvələrin təzyiqi qarşısında tab gətirmədi”.
O qeyd edib ki, tarix təkrarlana bilər, Taliban pusqudadır:
“ABŞ Əfqnıstanı tərk etsə də, Asiyada güclənməyə çalışır. ABŞ Asiyada NATO-ya bənzər hərbi blok yaratmaq istəyir. Bu ABŞ prezidenti Co Baydenin əsas təhlükəsizlik hədəflərindən biridir. Bayden son zamanlar bu haqda açıqlamalar da verib.
ABŞ yeni NATO-la bağlı Avstraliya və Yaponiya danışıqlar aparır. Hər iki dövlətin yeni NATO-da yer alacağı gələn xəbərlər arasındadır. Asiyadakı NATO-da Hindistan da yer ala bilər.
Buna baxmayaraq, adıçəkilən dövlətlər yeni NATO-ya bağlı hələ ki, açıqlamalar vermirlər. Ancaq hədəf və məqsəd bəllidir. Asiyada qurulacaq NATO-nun əsas rəqibi Çindir.
ABŞ, Hindistan, Avstraliya və Yaponiya Pekinin regional siyasətindən narahatdırlar. Necə ki, “soyuq müharibə” illərində qurulan NATO öz üzvlərini SSRİ-dən qoruyurdu, yeni NATO-nun üzvləri də özlərini Çindən qoruyacaqlar.
Aydındır ki, Pekin yeni NATO-nun yaranmasını cavabsız qoymayacaq. Çin də özünə hərbi müttəfiqlər axtarmağa çalışacaq. Məsələ burasındadır ki, bir çox dövlət Çinlə iqtisadi əlaqələrə və ortaq regional layihələrə maraq göstərsələr də, heç bir dövlət Pekinlə eyni hərbi blokda yer almaq istəməz. Rusiyanın özü belə Çinlə sıx əməkdaşlığına rəğmən, Pekinin hərbi planlarına şərik olmaqda maraqlı deyil”.
E.Şahinoğlu hazırkı vəziyyətdə çıxış yolunun Çinin regional siyasətinin və ölkə daxilində milli azlıqlara münasibətinin dəyişməsində görür:
“Ancaq Pekinin siyasətini dəyişəcəyini gözləmək əbəsdir. Belə olan halda yeni NATO-nun yaranması prosesi sürətlənəcək”.
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
Ən son xəbərləri səhifəmizdən də izləyin