BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan taekvondoçusu Tokio-2020-yə lisenziya qazandı

Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarına daha bir lisenziyaya sahib olub.

 

Milli komandamıza növbəti vəsiqəni taekvondoçu Fəridə Əzizova qazandırıb.

 

67 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Avropa Təsnifat Turnirində fərqlənib. O, finala yüksəlməklə, bu hüquqa yiyələnib. Fəridə yarımfinalda Ukrayna taekvondoçusu Tatyana Teterevyatnikovaya qalib gələrək bu uğura imza atıb.

 

Bununla da yığmamızın Tokio-2020-yə lisenziya sayı 21-ə çatıb. Fəridə taekvondo millimizin buna nail olan 2-ci üzvü olub. Onadək Milad Beiqi Harçeqani (80 kq) Yaponiya paytaxtında çıxış şansı qazanıb.

 

Taekvondoçulardan başqa, idman gimnastları Marina Nekrasova ilə İvan Tixonov, bədii gimnast Zöhrə Ağamirova, bu növdə qrup hərəkətləri üzrə komanda, atletikanın çəkicatma növündə Anna Skidan, üçtəkanla tullanma növündə Nazim Babayev, üzgüçülər Maksim Şemberevlə Ramil Vəlizadə, güllə atıcısı Ruslan Lunyov, sərbəst güləşçilər Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq), yunan-Roma güləşçisi İslam Abbasov (87 kq), qadın güləşində Mariya Stadnik (50 kq), boksçu Tayfur Əliyev (57 kq), karateçilər Rafael Ağayev (75 kq) və İrina Zaretska (+61 kq), qılıncoynadan Anna Başta (sablya) da Tokio-2020-yə lisenziyaya sahib olublar. Həmçinin şosse velosipedində də Elçin Əsədova iştirak hüququ verilib.

 

Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Tarix: 7 May 2021, 20:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin