BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah çiskin olacaq

Bakıda və Abşeron yarımadasında yanvarın 21-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal küləyi əsəcək.

 

ETSN-dən Pravda.az-a verilən məlumata görə, havanın temperaturu  gecə 0-3° isti, gündüz  7-9° isti, Bakıda  gecə 1-3° isti, gündüz  6-8° isti olacaq.

 

Atmosfer  təzyiqi  763 mm  civə sütunundan 757 mm civə sütununa yüksələcək.

 

Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55% olacaq.  

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək  isti, gündüz  7-10°  isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti  olacaq.

Tarix: 20 Yanvar 2020, 12:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin