BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycandan külli miqdarda valyuta çıxarmağa cəhd edən Gürcüstan vətəndaşı saxlanıldı

“Sınıq Körpü” gömrük-keçid məntəqəsində Azərbaycandan Gürcüstana külli miqdarda valyuta keçirməyə cəhd edən Gürcüstan vətəndaşı saxlanılıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

 

Bildirilib ki, Azərbaycandan Gürcüstana daxil olarkən 1988-ci il təvəllüdlü Gürcüstan vətəndaşının idarə etdiyi yük maşınına baxış keçirilərkən gömrük bəyannaməsində elan edilməmiş külli miqdarda xarici valyuta aşkarlanıb.

 

Qeyd olunub ki, saxlanılan şəxs həmin vəsaiti qaçaq yolla Gürcüstan ərazisinə keçirməyə cəhd göstərib.APA

 

Tarix: 8 May 2021, 10:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin