BURADA REKLAMINIZ OLA
BİLƏR

Qubada 8 yaşlı uşaq traktora qoşulan dərmansəpən qurğunun arasında qaldı

Qubada 8 yaşlı məktəbli dərmansəpən qurğunun arasında qalaraq xəsarətlər alıb.

 

Pravda.az-ın məlumatına görə, hadisə rayonun Hacıqayıb kəndində baş verib.

 

Belə ki, kənd sakini Zamiq Rəşad oğlu Harunov atasına məxsus traktora qoşulmuş dərmansəpən aparata ilişib. Məlumata görə, 8 yaşlı uşağın şalvarı işlək vəziyyətdə olan dərmansəpən qoşqunun hərəkətverici qurğusuna ilişib və qurğu onu bir neçə dəfə qaldıraraq yerə çırpıb. Nəticədə uşağın daxili orqanları zədələnib. Bundan başqa uşağın hər iki əli və sağ ayağı əzilib.

 

Z.Harunov Quba Regional Diaqnostika Mərkəzinə yerləşdirilib

 

Faktla bağlı araşdırma aparılır.

 

Report

Tarix: 8 May 2021, 12:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin