BURADA REKLAMINIZ OLA
BİLƏR

Mehriban Əliyeva: "Sizin qəhrəmanlıq irsinizə sədaqətimizi daim qoruyub saxlayacağıq" - TƏBRİK

Birinci Vitse-prezident Mehriban Əliyeva Böyük Vətən müharibəsi veteranlarını təbrik edib.

 

Pravda.az-ın məlumatına görə, təbrikdə bildirilir:

 

“Əziz veteranlar!

 

Sizə ən xoş arzularımı və Faşizm üzərində Qələbə Günü münasibətilə səmimi təbriklərimi çatdırıram! Siz misilsiz igidlik, cəsarət, yenilməzlik və şücaət nümayiş etdirərək bizim dinc gələcəyimizi təmin etmisiniz. Biz sizin qəhrəmanlıq irsinizə sədaqətimizi daim qoruyub saxlayacağıq və onu nəsillərdən nəsillərə ötürəcəyik! Biz sizi çox sevirik, sizinlə fəxr edirik! Bu əlamətdar gündə hər birinizə möhkəm cansağlığı, ölkəmizə - sülh və əmin-amanlıq arzulayıram! Qələbə Gününüz mübarək!”.

Tarix: 9 May 2021, 10:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin