BURADA REKLAMINIZ OLA
BİLƏR

“Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra sabitliyi bərpa etdi, bu da iqtisadi inkişafa yol açdı” - Misir Mərdanov

Sabah – mayın 10-da Ümummilli lider Heydər Əliyevin anadan olmasından 98 il ötür. Bu il Azərbaycan xalqı onun tarixində şanlı səhifələr yazan Heydər Əliyevi daha fərqli xatırlayır və ehtiramla yad edir. Çünki Heydər Əliyevin varisi, yeni əsrin lideri İlham Əliyevin rəhbərlyi ilə Azərbaycan xalqı artıq Ulu öndərin vəsiyyətini yerinə yetirib və Qarabağı azad edib. Tarixin gedişinə təsir göstərmək gücünə sahib olan bir siyasətçi kimi yad edilən Heydər Əliyevin xatirəsi hər zaman Azərbaycan xalqının qəlbindədir.

 

1998-2013-cü illər ərzində Azərbaycanın Təhsil naziri olmuş Misir Mərdanov Pravda.az-a Heydər Əliyevlə bağlı fikirlərini bölüşüb.

 

M.Mərdanovun sözlərinə görə, o vaxtlar xalqın davamlı tələblərindən sonra Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldi və çətinliklə də olsa, çox qısa müddətdə ölkədə stabilliyi bərpa edərək iqtisadi inkişafa yol açdı: “Azərbaycanın hər yerində, o cümlədən dünyanın bir sıra ölkələrində ümumilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Mən Heydər Əliyevin hakimiyyəti dövründə onun təyinatı ilə əvvəlcə Bakı Dövlət Universitetində rektor, daha sonra isə təhsil naziri vəzifələrində çalışmışam. Bu dövr ərzində dəfələrlə Heydər Əliyev ilə görüşüb, onun iştirak etdiyi tədbirlərdə mən də iştirak etmişəm. Bildiyimiz kimi, Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdanda Azərbaycanda çox ciddi problemlər var idi, vəziyyət vətəndaş müharibəsi həddinə çatmışdı, ölkədə qarşıdurmalar müşahidə olunurdu. Təbii ki, Qarabağ problemi də Azərbaycanın ən ciddi problemi idi. Bir sıra şəhərlərimizin erməni qoşunları tərəfindən işğal edilməsi bölgədə ciddi problemlər yaratmışdı. Xalqın davamlı tələblərindən sonra Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldi və çətinliklə də olsa, qısa müddətdə ölkədə stabilliyi bərpa edərək iqtisadi inkişafa yol açdı. Mən həmin dövrlərdə təhsil işçisi olduğum üçün qeyd etmək istəyirəm ki, Ümumilli lider həmin dövrdə Azərbaycan təhsilinin inkişafında da çox böyük rol oynadı. Əvvəla, Heydər Əliyevin fərmanı ilə latın qrafikalı yeni Azərbaycan əlifbasından istifadə təsdiq edildi. Bundan başqa, Azərbaycanda ümumi orta təhsil müddətinin 11 ilə qaldırılması, dərsliklərin şagirdlərə pulsuz paylanılması, azərbaycanlı gənclərin xarici ölkərin ali məktəblərində təhsil alması, təhsil ocaqlarının maddi-texniki bazası, təhsil işçilərinin əmək haqqlarının artırılması və s. bir sıra məsələlər həllini tapdı. Heydər Əliyev uzun müddət Azərbaycana siyasi rəhbərlik etdikdən sonra 2003-cü ilin dekabr ayında ABŞ-da xəstəxanada vəfat etdi. Elə həmin ərəfələrdə Azərbaycanda Prezident seçkiləri keçirilirdi və Heydər Əliyevin namizədliyi irəli sürülmüşdü. Lakin Heydər Əliyev həmin vaxt xalqa müraciət edərək öz namizədliyini geri götürdüyünü, oğlu İlham Əliyevin namizədliyini irəli sürdüyünü elan etdi. İlham Əliyevə özü qədər inandığını qeyd edən Ümumilli lider əmin idi ki, İlham Əliyev xalqın köməyi ilə onun həyata keçirə bilmədiyi, həll etmədiyi problemlərin öhdəsindən gələcək. Heydər Əliyevin bu sözləri bu gün, hamının gördüyü kimi, tam həqiqətə çevrilib. Sözsüz ki, bütün sahələrdə olan inkişaf göz qabağındadır, lakin ən vacibi isə Azərbaycanın ən ciddi problemi olan Qarabağ məsələsinin İlham Əliyevin həyata keçirdiyi müdrik daxili və xarici siyasət nəticəsində öz həllini tapmasıdır. Əminəm ki, qarşıdan gələn aylarda bu problem tamamilə həll olunacaq. İndi isə Qarabağ bizimdir, Şuşa bizimdir və azaddır. Şahidi oluruq ki, Prezident ailəsi ilə birlikdə işğaldan azad edilən rayonlarımıza tez-tez səfər edir, görüləcək işlərlə tanış olur, çoxsaylı xüsusi sərəncam və fərmanlar imzlayır. Azərbaycan xalqı əmindir ki, ermənilərin Qarabağda etdiyi dağıntılara, vəhşiliklərə son qoyulacaq və bütün şəhər və kəndlərimiz müasir tələbata uyğun olaraq bərpa olunacaq. Həmçinin ümid edirik ki, xalqımızın övladları öz doğma yurd-yuvalarına qayıdıb torpaqlarımızın inkişafına təkan verəcəklər”.

 

Nəzrin Cavid

Tarix: 9 May 2021, 12:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin