BURADA REKLAMINIZ OLA
BİLƏR

"Tarix nəticə çıxarmağı və dərs öyrənməyi tələb edir" - Putin

“Bu bayram bizim üçün həmişə müqəddəs olacaq. Sovet xalqının faşizm üzərində Qələbədə möhtəşəm nailiyyətini hər zaman xatırlayacağıq. O vaxt xalqlar birlikdə idi. Bütün millətlərdən, dinlərdən olan insanlar öz doğma torpaqlarının hər qarışı uğrunda mübarizə aparırdılar, müqəddəs andı yerinə yetirirdilər və nəticədə Avropa ölkələrini “qəhvəyi vəba”dan xilas etdilər”.

Pravda.az-ın məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin 9 May - faşizm üzərində Qələbə Günü münasibətilə Moskvada keçirilən hərbi paradın iştirakçıları və qonaqları qarşısında çıxışında deyib.

Rusiya lideri həmçinin yenidən təcavüzkar planlar üzərində düşünənlərə münasibətdə əfv və bəhanə olmadığını bildirib: “Tarix nəticə çıxarmağı və dərs öyrənməyi tələb edir. Ancaq təəssüf ki, faşist ideologiyasını yenidən gündəmə gətirilməyə çalışırlar. Tarixi yenidən yazmaq və xainlərə və cinayətkarlara haqq qazandırmaq cəhdlərini görürük. Rusiya öz milli maraqlarını və təhlükəsizliyini qətiyyətlə müdafiə edəcək”.

Tarix: 9 May 2021, 12:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin