BURADA REKLAMINIZ OLA
BİLƏR

Millimizin futbolçusu het-trik etdi, komandası darmadağın oldu

Almaniyanın II Bundesliqasında XXXIII turun oyunları keçirilir.


Pravda.az-ın məlumatına görə, Azərbaycan millisinin sabiq futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Ertsgebirge" klubu evdə "Paderborn"la qarşılaşıb. Görüş meydan sahiblərinin 3:8 hesablı məğlubiyyəti ilə baş çatıb.


Aue təmsilçisinin heyətində hər 3 qolu Nazarov vurub. O, 1, 4 və 55-ci dəqiqələrdə fərqlənib. 31 yaşlı yarımmüdafiəçi 77-ci dəqiqədə əvəzlənib.

Tarix: 9 May 2021, 17:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin